x
Loading...
.

Avropadan İrana gələnlər üçün karantin məcburi oldu

.

İran Avropadan ölkəyə gələnlər üçün koronavirus testi mənfi çıxsa belə, məcburi iki həftəlik karantin qərarı qəbul edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Koronavirusla Milli Mübarizə Qurumunun sözçüsü Əli Rza Rəisi məlumat verib.

O, alınmış qərarı Avropada və ABŞ-da COVID-19-a yoluxma sayında böyük artımla əlaqələndirib.

Rəisi bildirib ki, İngiltərədə ortaya çıxan yeni mutasiya növü Avropada pandemiyanın şiddətini artırır, bu vəziyyətin İrana təsirinin qarşısını almaq üçün bu qərar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR