x
Loading...
.

“Fənərbaxça” liderliyə yüksəldi

.

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, bu gün üç görüş keçirilib.

"Fənərbaxça" klubu doğma meydanda "Rizespor"a 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xal hesabını 45-ə çatdıran İstanbul təmsilçisi turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Beşiktaş" 44 xalla 2-ci, "Qalatasaray" isə 42 xalla 3-cü sırada qərarlaşıb.

Turun digər matçında “Başakşəhər” klubu “Hatayspor”la üz-üzə gəlib. Son ölkə çempionu 5:1 hesablı məğlubiyyətlə üzləşib.

Bu gün keçirilən oyunların nəticələri:

"Kasımpaşa" – "Kayserispor" - 0:1

"Başakşəhər" – "Hatayspor" - 1:5

"Fənərbaxça" – "Rizəspor" - 1:0


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR