x
Loading...

Navalnının xanımı yenə saxlanıldı

.

Şərti məhkum edilmiş rusiyalı müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Moskvada icazəsiz aksiyada iştirakına görə saxlanılıb.

Metbuat.az xəbər verir ki, onu həyat yoldaşının saxlanıldığı “Matros sakitliyi” təcridxanasına doğru razılaşdırılmamış yürüş zamanı polis əməkdaşları saxlayıblar.

Saxlanılanın vəkili Svetlana Davıdovanın sözlərinə görə, Y.Navalnaya Yeni Moskvadakı “Şerbinski” polis bölməsinə aparılıb.

Xatırladaq ki, Y.Navalnaya yanvarın 23-də Puşkin meydanındakı aksiya zamanı da saxlanılmışdı. Həmin vaxt o, polis bölməsinə aparılmış və protokol tərtib edilmədən sərbəst buraxılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR