Hərbi Prokurorluğun yeni şöbə rəisi Aydın Ələsgərov kimdir? -

Xəbər verdiyimiz kimi, Respublika Hərbi Prokurorluğunda kadr təyinatı olub. Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.

Metbuat.az yeni təyin olunan şöbə rəisinin qısa tərcümeyi-halını təqdim edir.

Ələsgərov Aydın Abdulla oğlu 7 dekabr 1965-ci ildə anadan olmuşdur. O, Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Bakı hərbi prokurorunun müavini, Sumqayıt hərbi prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokurorluğunda idarə prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifələrində qulluq keçmişdir.

Ədliyyə polkovnikidir. Ailəlidir, iki qız övladı vardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR