Rusiyada son sutkada koronavirusdan 437 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 17 648 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 868 087 nəfərə çatıb.

Son sutka ərzində 437 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 73 619 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR