Braziliyada bir gündən 27 min insan virusa yoluxdu

Braziliyada son sutka ərzində daha 27 756 nəfərin koronavirus infeksiyasına yoluxması, 559 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 204 731 nəfər yoluxub. Bu müddət ərzində 224 504 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 027 042 xəstə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR