İranda ötən sutkada 79 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 79 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58038 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6597nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1424596 nəfərə çatıb. Virus daşıyıcılarından 3896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1216305 nəfər koronavirusdan sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR