x
Loading...

Bu da gəlinini doğrayaraq zibil qutusuna atan QAYINATANIN FOTOSU

.

Bakıda 32 yaşlı Məhərrəmova Banu Xudayar qızını qətlə yetirərək, mərhumun meyitini zibil qutusuna atan 75 yaşlı qayınata İdris Məhərrəmovun fotoları üzə çıxıb.

Metbuat.az xəbər verir ki, fotoları mərhumun yaxınları Sonxeber.az-a təqdim edib.

Qeyd edək ki, həmin şəxs artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilən tədbirlər nəticəsində zərərçəkmişin qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Fotonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR