x
Loading...
.

Azərbaycanda sakindən nümunəvi addım: İgidlər parkı yaratdı - FOTO

.

Göyçay rayonunda şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə nümunəvi addım həyata keçirilib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ləkçıplaq kəndində yerləşən ərazidə torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizə həsr olunan İgidlər parkının açılışı olub.

İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Bu kompleksdə Ləkçıplaq kəndinin Birinci və İkinci Qarabağ şəhidlərinin şəkilləri vurulub. Bu təşəbbüs kənd sakini Mustafayev Eldəniz Abdulla oğlu tərəfindən irəli sürülüb. Açılış zamanı rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, 44 günlük müharibə ərzində qazandığımız böyük qələbə üçün şəhidlərimizə borcluyuq. Bildirilib ki, bu kimi xatirə nişangahının açılması və olmasının böyük əhəmiyyəti var.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR