x
Loading...

Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib

.

Şabran rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, qəza “Azərbaycan Dəmir Yolları” ASC-nin sifarişi əsasında “Kolin” şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ərazidə işləyən Şabran rayon sakini, 1968-ci il təvəllüdlü Ağarzayev Feyruz Əlövsət oğlunun və Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Əmirağa Ağabala oğlunun üzərinə torpaqla birlikdə taxta şpallar düşüb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR