x
Loading...
.

"Qiymətlər Avropaya uyğun edilirsə, maaşlar da Avropaya uyğun təyin edilsin" - İqtisadçı-ekspert

.

"Tarif şurasının qərarına əsasən 1 fevral tarixindən etibarən içməli suyun qiyməti 100% həcmində artırılıb .Suyun 1 kubmetrinin qiyməti 0.70 AZN (70 qəpik) səviyyəsində qərarlaşdırılıb. Qeyd edim ki, artımdan öncə qiymət 0.35 AZN təşkil edirdi. Bakı, Sumqayıt, Abşeron və Xırdalan şəhərlərində 0.70 AZN digər şəhər və rayonlarda isə 0.60 AZN müəyyənləşdirilib. Həmçinin Kanalizasiya xidməti üçün xidmət haqqıda 0.15 AZN dən 0.30 AZN-ə qaldırılıb".

Metbuat.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında iqtisdçı ekspert Günay Hüseynova deyib. O, pandemiyə və müharibədən sonrakı vəziyyətdə qiymət artımının doğru olmadığını qeyd edib:

"Tarif Şurasının bu dönəmdə qiymət artımı etməsi əsassızdır. Pandemiya şəraiti, müharibə şəraiti onsuzda əhalinin vəziyyətini alt üst etdi, onun üçün də bu çətin vəziyyətdə qiymət artımına getmək məqsədə uyğun deyil.Tarif Şurası qiymət artımı edərkən əhalinin gəlirlərini də nəzərə almalı idi. Təqaüd və əmək haqqı 5% artır, kommunal xərclər 100%, ərzaq və digər zəruri mallar 40%. Digər zəruri ehtiyac mallarının qiymətində də artım gözləniləndir".

"Qiymət arqumenti müqayisə olunarkən əksərən Avropa, Amerika ilə müqayisə edilir. O zaman Tarif şurası maaşları və təqaüdləri də həmin ölkələrlə müqayisə etsin. Qiymət artırılarkən xüsusı ilə də zəruri ehtiyac mallarında yumurta və kartofla müqayisə edirlər. Axı bu insanlar hərgün yumurta kartof yemir? Yaxşı olardı ki, qiymətlərin səviyyəsi yaşayış minimumuna, əhalinin gəlirlərinə görə qərarlaşdırılsın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR