Boksçu aldığı zərbədən öldü -

Pakistan boksçusu Məhəmməd Əslam Xan döyüş vaxtı aldığı zərbənin təsirindən dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı idmançı xeyriyyə qarşılaşmasında Vəli Xan Torinlə üz-üzə gəlib.

Görüşün gedişində M.Ə.Xan nokauta düşüb. Həmin vaxt rinqin kənarında həkimlər olmadığından boksçunu xüsusi klinikaya aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb. İdmançı daxili zədələnmədən xəstəxanada keçinib.

Qeyd edək ki, Məhəmməd Əslam Xan eyni zamanda seçki komissiyasında çalışırdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR