“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Metbuat.az xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.
Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Gündüz Abbaszadə yeni postunda Nurlan İbrahimovu əvəzləyib.