ABŞ-da cinsi azlıq nazir təyin olundu

ABŞ Senatı səsvermə keçirərək Pit Buttedcacı ölkənin nəqliyyat naziri postuna təsdiq edib.

Metbuat.az xəbər verir ki, Buttedcac bundan əvvəl hazırkı prezident Co Baydenlə birlikdə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd göstərilməsi üçün müraciət etmişdi. 2020-ci ilin martında o, seçki marafonundan çəkilərək daha sonra Baydenin namizədliyini dəstəkləmişdi.

Buttedcac 2012-2020-ci illərdə İndiana ştatının Saut-Bend şəhərinin meri olub.

Qeyd edək ki, yeni nazir açıq şəkildə homoseksual olduğunu bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR