x
Loading...
.

SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın - 1 nəfər yanaraq öldü

.

Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə və 1-ci mərtəbəsində (qaraj kimi istifadə olunur) ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR