x
Loading...

Vilayət Eyvazovdan Qubaya yeni rəis - TƏYİNAT

.

Quba rayon polis şöbəsinə yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, Daxili işlər naziri General-polkovnik Vilayət Eyvazovun əmri ilə Balakən rayon polis şöbəsinin rəisi Mehman Əliyev Quba rayon polis şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Qubanın əvvəlki polis rəisi Süleyman Nemətov Suraxanı rayon polis idarəsinə rəis təyin edildiyindən bu post bir aydan çoxdu ki, boş idi.

Məlumat Quba rayon polis şöbəsindən təsdiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR