x
Loading...

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir?

.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan Premyer Liqasında da qış fasiləsi yaranıb.

Budəfəki fasilə qısamüddətli olduğundan, klublar vaxt itirmədən heyətlərinə əl gəzdirməyə başlayıblar.

Metbuat.az Fanat.az-s istinadən Premyer Liqa klublarının qış transferlərini və yollarını ayırdıqları futbolçuların siyahısını təqdim edir:

Qeyd edək ki, yanvarın 10-da rəsmən açıqlanacaq 2020/21 mövsümünün qış "transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.

Neftçi

Gələnlər: Orxan Qurbanlı (Səbail, icarədən qayıdıb).

Gedənlər: Prins İbara (Beerşot, Belçika, icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli (Sumqayıt, icarə).

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Qarabağ

Gələnlər: yoxdur.

Gedənlər: Musa Qurbanlı (Zirə, icarə), Donald Gerye.

Müqavilə müddəti uzadılanlar: Abdullah Zubir.

Zirə

Gələnlər: Musa Qurbanlı (Qarabağ, icarə), Nemanya Andelkoviç (Zlatibor, Serbiya), Filipe Pahtman (Lvov, Ukrayna, icarə).

Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sesay.

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Sumqayıt

Gələnlər: Cabir Əmirli (Neftçi, icarə), Mehdi Şərifi (Perspolis, İran), Höccət Haqverdi (Peykan, İran), Dmitri Nağıyev (Dinamo, Moldova).

Gedənlər: Kərəm Sultanov, Adəm Həmati.

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Qəbələ

Gələnlər: yoxdur.

Gedənlər: yoxdur.

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Səbail

Gələnlər: Luka İmnadzeni (Samtredia, Gürcüstan), Milovan Petroviç (Vardar, Şimali Makedoniya).

Gedənlər: Arsen Ağcabəyov (Sabah, icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı (Neftçi, icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani (Dalkurd, İsveç), Elgün Nəbiyev.

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Keşlə

Gələnlər: Anatole Abanq (Şerif, Moldova), Nicat Qurbanov (Samtrediya, Gürcüstan), Sadio Tounkara (Narva Trans, Estoniya).

Gedənlər: Alvaro Tavareş (Lvov, Ukrayna, icarə müqaviləsinə xitam verilib), Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Dmitro Klots

Müqavilə müddəti uzadılanlar: yoxdur.

Sabah

Gələnlər: Arsen Ağcabəyov (Səbail, icarədən qayıdıb), Bəxtiyar Həsənalızadə (klubsuz), Tiemoko Fofana (İlves, Finlandiya, icarə).

Gedənlər: Yevgeni Koçuk, Abbas Ağazadə, Ozan Can Kökcü (Telstar, Niderland, icarə), Ulisse Diallo, Nikola Vuyadinoviç.

Müqavilə müddəti uzadılanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR