x
Loading...
.

Elşad Xose görün KİMLƏ SEVGİLİDİR - FOTO

.

"Bəli, bir xanımla eşq yaşayıram. Kişi ilə eşq yaşamayacağıq ki, xanımla yaşayacağıq da. Bu aləmdən deyil".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri reper Elşad Xose "Onun sirri" proqramında deyib. Sənətçi aparıcı Lətafət Ələkbərovanın "Hazırda həyatınızda bir xanım var" sözlərini təsdiqləyib.

Elşad nə vaxt evlənəcəyini isə açıqlamaq istəməyib:

"Uzun müddət tək olmuşam, tək yaşamağa öyrəşmişəm. Amma beş dostla görüşəndə dördü telefonla olursa... Elə dövrandır ki, yanında adam olmalıdır. Söhbət evlilikdən getmir. Evlilik ola da, olmaya da bilər. Sabahımı bilmirəm".

Proqram heyəti Lətifə adlı həmin qadının yaşadığı ünvana yollanıb və ona Elşadla eşq yaşadığını soruşub. O, reperlə sevgili olduğunu deyərək "Uzun müddətdir sevgiliyik, hər şey yaxşıdır. Bu haqda Elşadın özündən soruşun" sözlərini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR