x
Loading...
.

ÜST: Dünyada koronavirusa yoluxma artıb

.

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox artıb.

Metbuat.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 403 263 nəfər yeni koronavirusa yoluxub, 12 120 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin isə 2 244 713 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR