x
Loading...

Bəs Azərbaycana saxta vaksin gətirilə bilərmi?

.

Dünyada hər şeyin surətini çıxaran çinlilər vaksinin də saxtasını satıblar. Çin polisi saxta koronavirus peyvəndi satmaqda şübhəli bilinən 80-dən çox şəxsi həbs edib. Əməliyyat zamanı 3000 dozadan çox saxta dərman ələ keçirilib.

Metbuat.az xəbər verir ki, şübhəlilərin keçən ilin sentyabr ayından etibarən şprisləri adi salin məhlulu ilə dolduraraq vaksin adı altında yüksək qiymətə satdığı məlum olub.

Çində ingilis dilində dərc olunan “Global Times” qəzeti böyük bir Çin peyvəndi istehsalçısına yaxın bir mənbəyə istinad edərək, saxta satıcıların dünyada peyvənd çatışmazlığından istifadə edərək onu xaricə göndərməyi planlaşdırdıqlarını bildirib.

Aşı: Türkiye'de kullanılan Çin aşısı CoronaVac hakkında neler biliniyor? -  BBC News Türkçe

Azərbaycanda da vətəndaşlara Çinin Sinovac şirkətinin “CoronaVac” peyvəndi vurulur. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı xəbərdə bildirilib ki, artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.

Qeyd olunub ki, strategiyaya uyğun olaraq fevralın 8-dən etibarən COVİD-19 əleyhinə vaksinasiyanın növbəti mərhələsi başlayacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur.

Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.

Bəs Azərbaycana saxta vaksin gətirilə bilərmi?

Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə edib

Koronavirus əleyhinə vaksinasiya olunan professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, ölkəmizə saxta vaksinin gəlib çıxacağını güman etmir:

“Azərbaycanda vaksinasiya prosesi dövlət xətti ilə aparılır, alınır. Burada Çin və Azərbaycan dövləti məsuliyyət daşıyırlar. Düşünmürəm ki, gətirilən vaksinlər saxta olsun. Çünki buna nəzarət edilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR