x
Loading...

Qarabağa nəzarətə dronlar cəlb edilib - FOTO

.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə və hərbi hərəkətlərə nəzarəti yerinə yetirir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, rus sülhməramlılar “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

"Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır. Burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır", - deyə məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR