Kamil Zeynallı iki medalla təltif edildi -

Tanınmış idmançı Kamil Zeynallı iki medalla təltif edilib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Facebook"da səhifəsində paylaşım edib.

İdmançı bildirib ki, sabah ona "Vətən naminə" və "Milli Ordu-100" medalı təqdim ediləcək.

K.Zeynallı göstərilən diqqətə görə, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR