Müharibədə erməni ordusuna Paşinyanın arvadı rəhbərlik edirmiş -

Rusiyanın media maqnatlarından sayılan Aram Qabrelyanov Ermənistanda müharibə zamanı baş vermiş bəzi proseslər haqqında danışıb.

Metbuat.az xəbər verir ki, o, ikinci Qarabağ müharibəsi dövründə ermənilərin müdafiə ordusu komandanlığına baş nazir Nikol Paşinyanın həyat yoldaşının rəhbərlik etdiyini bildirib. Onun sözlərinə görə, müharibənin gedişatı barədə məlumatları Anna Akopyan Paşinyana məruzə edirmiş.

Qabrelyanov, həmçinin Ermənistan müdafiə nazirliyinin keçmiş nümayəndəsi (Məğlubiyyətdən sonra istefa verib-red) Artsrun Ovanisyanla bağlı diqqətçəkən fikirlər səsləndirib və erməni yalanlarını ifşa edib.

“Kapitulyasiyadan iki həftə əvvəl Semyon Peqov (təxribatçı bloqer-red) mənə dedi ki, uşaqlar yaxşı vuruşurlar, lakin onun fikrincə, müdafiə ilə bağlı problemlər var. Ordu komandanlığı cəbhə bölgəsindəki vəziyyəti zəif analiz edir. Həmkarım Samvel Nalbandyandan dərhal Artsrun Ovanisyanla görüşmək üçün İrəvana getməsini xahiş etdim. Tapşırıq belə idi: vəziyyət aydın şəkildə araşdırılıb, mənə məlumat verilsin. Elə həmin gün Samvel iki müxbirlə birlikdə İrəvana uçdu. İki gün sonra isə Artsrunla iki saatlıq görüşünün necə bitdiyini izah etdi. Görüşlə bağlı vəziyyətin qısa xülasəsi belədir.

1. Narahatlığa səbəb yoxdur. Paşinyan baş qərargaha parlaq şəkildə rəhbərlik edir, o yalnız bu işlərlə məşğuldur. 2. Biz qələbə qazanırıq, buna şübhə yoxdur. 3. Anna Akobyan müdafiə ordusunun komandanlığına rəhbərlik edir, hər şeyi Nikol Paşinyana bildirir, qalib gəldiyimizə də əmindir. 4. Orduya lazım olan hər şey mövcuddur. Sursat və qida çatışmazlığı yoxdur. 5. Hərbi personal sayında da problem yoxdur. Bütün lazımi bölmələr döyüşlərdə iştirak edir. 6. Cəlal Arutyunyan təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün atəş hədəfinə tuş gəlib. 7. Könüllülərə ehtiyac yoxdur, amma insanlar döyüşmək istədikləri üçün Sünikdə təlim düşərgəsi qurduq. Tezliklə qalib gələcəyik, hamını evə buraxacağıq", -deyə Qabrelyanov bildirib.

Müharibə başa çatandan sonra Artsrun Ovanisyanın təqdim etdiyi informasiyaların yalan olduğu, deyilənlərin heç də reallığı əks etdirməyi üzə çıxıb. Məğlubiyyət səbəbindən vəzifəsindən istefa verən Artsrun Ovanisyan sonradan mətbuata açıqlamasında məsuliyyəti üzərindən ataraq ictimaiyyətə açıqladığı xəbərlərin ölkənin müdafiə nazirliyindən ona ötürüldüyünü bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR