Sumqayıtda yolu işıqforun qırmızı işığında keçən avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.
Metbuat.az report-a istinadən xəbər verir ki, sürücü yol polisi tərəfindən saxlanılıb. Onun nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir.
Məlumata görə, sərxoş sürücü hadisə zamanı yol polisinin avtomobilini də əzib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.