Rusiyalı müxalif lider Aleksey Navalnının həkimi dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, Navalnının zəhərlənmə iddiası ilə aparıldığı Omsk Xəstəxanasında ona ilk müdaxilə edən Sergey Maksimişin 55 yaşında vəfat edib.
Onun ölüm səbəbi kimi infarkt göstərilir. Bildirilib ki, o, Navalnıya ilk müdaxiləni etdiyi reanimasiya şöbəsində ölüb.
Həmkarları onun ölümünü gözlənilməz hesab ediblər.