x
Loading...
.

ŞOK İDDİA: Putin Qəddafi kimi öldürüləcəyini düşünür

.

Navalninin həbsindən sonra Rusiya Prezidenti Vladimir Putinin yeni qorxusunun yarandığı ilə bağlı şayələr yayılmağa başlayıb.

Metbuat.az-ın məlumatına görə Putinin Qəddafi kimi öldürülməkdən qorxduğu barədə yayılan xəbərlərə Rus əsilli Amerikalı tarixçi Yuri Felshtinsky münasibət bildirib.

O, İngiltərənin "The Sun" qəzetinə danışarkən deyib ki, Putin hakimiyyəti əlində saxlamağa can atır və ölkədəki etirazlardan dolayı, müxaliəfətə qarşı daha çox sərt münasibət sərgiləyir.

Qəzet iddia edir ki, Rusiya lideri Putini, 2011-ci ildə üsyançılar tərəfindən Liviyanın son ümidi olan Sirt şəhərinə soxularaq Liviya dövlət başçısı Qəddafinin vəhşicəsinə öldürülməsi vəsvəsəsinin izləyir.

Yazıçı Felshtinsky, hadisələrdən sonra Putinin dəhşətə gəldiyini ifadə edərək, "Putin Rusiyanı idarə edərkən bir an da olsa zəiflik nümayiş etdirərsə onu da Qəddafi kimi bənzər bir acı son gözləyir''- deyib.

"Putinin son yaşanan hadisələrdən öyrəndiyi nəticə müxalifəti daha çox idarə etməli və təzyiq altında saxlamasıdır''.

Mənbə:Haberglobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR