x
Loading...
.

Vaksinasiya üçün elektron xidmət istifadəyə verildi - VİDEO

.

“COVID-19” xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub.

Xidmətdən istifadə etmək üçün randevu.its.gov.az ünvanına daxil olub qeydiyyatdan keçmək lazımdır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR