Meteorit olduğunu sanıb NASA-ya müraciət etdilər, görün nə çıxdı -

Avstraliyanın Kvenislənd əyalətində bir bağçada tapılan qaya parçası sakinlər arasından panikaya səbəb olub.

Metbuat.az xəbər verir ki, insanlar əyalət məktəbinin həyətində gördükləri bu qaya parçasının bir meteorit olduğunu düşünüblər. Məktəb rəhbərliyi ərazini dərhal giriş-çıxış üçün bağlayıb və qaya parçasının görüntülərini polisə göndərib. Həmçinin NASA-nın ölkədəki ofisinə müraciət edilib.

Lakin qaya parçasının 5-ci siniflərə keçirilən təbiət elmləri üçün dərs tapşırığı olduğu məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR