x
Loading...

Ermənistan bu kəndi Azərbaycana TƏHVİL VERİR: Hərbçilər mövqeləri TƏRK EDİR

.

Gorusun Xinzirək (Nerkin Xndzoresk) kəndindəki erməni hərbi birləşmələri mövqelərini tərk edir.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Devavyu” erməni teleqram kanalı yerli mənbələrə istinadən məlumat yayıb.

“Dünəndən etibarən, erməni hərbçiləri kəndin yaxınlığındakı mövqelərini azərbaycanlılara verir və geri qayıdırlar”, - mənbə bildirir.

Kəndin bələdiyyə sədri Ervand Malunts “Facebook” hesabında bu məlumatı təkzib edib.

Lakin daha sonra o, belə deməyə məcbur olduğunu etiraf edib.

“İnformasiyanı təkzib edə bilmirəm, reallıq budur, lakin məndən tələb olundu ki, təkzib məlumatı yayım. Demarkasiya işləri kəndin yanında aparılır”, - erməni jurnalistlərin zənginə cavab verən icma rəhbəri belə deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR