x
Loading...
.

Rusiyanın beynəlxalq ehtiyatları AZALDI

.

Rusiya Mərkəzi Bankı tərəfindən açıqlanan məlumatlara görə, ölkənin beynəlxalq valyuta ehtiyatları Yanvar ayında 0,84% azalaraq 1 Fevral 2021-ci il tarixində 590 milyard dollar təşkil edib. Rusiyanın valyuta ehtiyatları 1 yanvar 2021-ci il tarixində 595 milyard dollar idi.

Metbuat.az xəbər verir ki, Rusiyanın beynəlxalq valyuta ehtiyatları, Mərkəzi Bank, Rusiya hökuməti tərəfindən idarə olunan valyuta ehtiyatlarından, IMF ehtiyat mövqeyindən, qızıl və digər ehtiyat aktivlərdən ibarətdir.

Rusiya Maliyyə Nazirliyin tərəfindən 13 Yanvarda açıqlanmış məlumata görə, ölkənin bir başqa ehtiyat fondu olan Milli Rifah Fondu 2019-cu illə müqayisədə 2020-ci ildə 46% artaraq 183,3 milyard dollara yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR