Rusiyada koronavirusdan ölənlərin sayı 76 mini ötüb

Rusiyada son sutka ərzində daha 16 627 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 3 951 233 nəfərə çatıb.

Son sutka ərzində 497 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 76 229 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR