Dünyada son sutkada 355 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 355 041 nəfər koronavirusa yoluxub, 10 422 nəfər ölüb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 104 370 550 yoluxma hadisəsi, 2 271 180 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 47 faizdən çoxu Avropanın (167 526) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (115 954), və Cənub-Şərqi Asiya (26 101) bölüşür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR