Sərt karantin rejimi yenidən qayıda bilər? -

"COVİD-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da (Britaniya növü) gəlmək ehtimalı var".

Metbuat.az xəbər verir ki, bunu milli.Az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

Pulmonoloq bildirib ki, yumşalmaya getmək yoluxma riskini artırmır:

"Lakin hələ COVİD-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib. Məsələn, mən Almaniyadakı bir sıra həkimlə əlaqə saxlayıram. Düşünsək ki, Almaniya Britaniyaya daha yaxındır, amma hələ o ştammın orada yayılmağı təsdiqlənməyib. Ancaq yayılma ehtimalı böyükdür. Ona görə, mütləq qorunmağı unutmamalıyıq.

Biz azı 1 ildir COVİD-lə mübarizə aparırıq, yumşalmalara getsək belə insanlarımız artıq nə etməli olduqlarını bilirlər, maska taxmaq qüvvədədir. Yumşalmaya getmək yoluxma riskini artırır deməzdim. Yumşalmalardan 2-3 həftə sonra dinamikanı izləyib biləcəyik ki, artım gedir, getmir.

Düzdür, yeni ştammın yoluxduruculuq qüvvəsi daha yuxarıdır. Amma COVİD-19-a uşaqlar da yoluxurdu, sadəcə ağırlaşmalar qeydə alınmırdı. Gənc orqanizm olduğu üçün, maddələr mübadiləsi və dinamika yuxarı getdiyi üçün onlarda yaşlılarda gördüyümüz fəsadları görmürdük. Məlumatlara görə, COVİD-in bu yeni ştammının uşaqlar üçün deyildiyi kimi həyati təhlükəsi olan qabarıq bir nəticələri yoxdur. Lakin uşaqlar arasında da yoluxmanın qeydə alınması mümkündür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR