x
Loading...

Ərini sevgilisindən ayırmaq üçün GÖRÜN NƏ ETDİ - VİDEO

.

Türkiyədə qadın ərini münasibətdə olduğu qadından ayırmaq üçün donuz yağı ilə ona cadu edib.

Metbuat.az Sonxeber.az-a istinadən xəbər verir ki, Kaysəridə 52 yaşlı qadın Kezban M. həyat yoldaşının sevgilisi olduğunu öyrəndikdən sonra qəribə addım atıb.

Belə ki, o, həyat yoldaşının sevgilisinin yaşadığı binanın girişinə, liftinə və mənzilinin qapısının ağzına donuz yağı sürtüb.

52 yaşlı qadının bu addımı binanın təhlükəsizlik komeraları vasitəsi ilə lentə alınıb.

Polislər tərəfindən saxlanılan qadın həyat yoldaşını sevgilisindən ayırmaq üçün bunu etdiyini deyib.

İfadəsi alınan qadın sərbəst buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR