x
Loading...
.

Sülhməramlılar Fransa nümayəndə heyətini Qarabağa buraxmadı - SON DƏQİQƏ

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib ki, İrəvanda akkreditasiyadan keçənlərin Qarabağa getməsində ciddi problemlər yaranıb.

Metbuat.az xəbər verir ki, o, dünən bir dostunun zəng edərək Fransadan Ermənistana gələn nümayəndə heyətinin tərkibi barədə maraqlandığını deyib. Səbəb isə heyətin Qarabağa qanunsuz ziyarətinin baş tutmaması olub və bu barədə mətbuatda məlumat yayılmayıb.

M.Minasyan qeyd edib ki, bu yaxınlarda fransız jurnalistlər keçmiş Fransa merlərindən birinin rəhbərliyi ilə Qarabağa getmək üçün Ermənistana gəlib. Onun sözlərinə görə, nümayəndə heyəti İrəvandan icazə aldıqdan sonra Xankəndinə doğru yola düşüb. Lakin Laçın dəhlizində rus sülhməramlıları onların yola davam etmələrinə icazə verməyiblər. Bəyan ediblər ki, fransızlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsinə dair Ermənistandan alınan icazə etibarsızdır.



Minasyanın dediyinə görə, nümayəndə heyəti heç nə edə bilməyib və İrəvana geri qayıdıb. Onlar Fransa səfirliyinə gəliblər. Fransanın Ermənistandakı səfiri Conatan Lakot baş verənlərə aydınlıq gətirməyə çalışaraq baş nazir Nikol Paşinyanla qeyri-rəsmi əlaqə qurub. Baş nazir yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqlar zamanı sözügedən məsələyə dair beynəlxalq media nümayəndələrinin Azərbaycandan akkreditasiya alması barədə razılıq əldə edildiyini deyib və bu məsələlərə qarışmamağı məsləhət görüb.

Minasyanın fikrincə, fransız səfirin susmaqdan başqa çarəsi qalmayıb.

"Lakota aşkar şəkildə susdu. Və gözləmək olar ki, bu daha ağrılı olacaq. Fransa səfiri bu günə qədər olan müddətdə yalnız susub. ATƏT-in Minsk Qrupu həmsədr ölkəsinin səfiri Nikol Azərbaycan Prezidenti ilə əlaqələr qurarkən susdu. Paşinyan danışıqlar prosesini məhv edəndə, o səssiz qalırdı. Müharibə başlayanda da susdu. Baş nazir müharibə əsnasında Fransanın hərbi yardım təklifindən imtina edəndə səfirin səsi çıxmadı. Dünyaya azadlıq, bərabərlik dəyərlərini çatdıran ölkənin səfiri 2018-ci ilin aprelində də səssiz qalmışdı. O, kütlənin qanuni olaraq seçilmiş parlamenti dağıtmasına səssiz qaldı. Ölkəmizdə məhkəmələr mühasirəyə alındıqda susurdu, inqilabçı hökumət müxalifəti təhqir edəndə də səssiz qalırdı. Və indi Nikolun medianı boğmasına da susur",- deyə Minasyan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR