x
Loading...
.

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

.

Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

Metbuat.az xəbər verir ki, son 24 saat ərzində 108 nəfər pandemiyanın qurbanı olub, bununla ölənlərin sayı 26 min 685-ə yüksəlib.

137 min 649 "COVID-19" testi aparılıb, onun 7 min 897-si müsbət çıxıb. İndiyədək aparılan ümumi test sayı 30 milyon 386 min 891 təşkil edib.

Ümumi yoluxma sayı 2 milyon 524 min 786-dır. Bu gün 8 min 89 nəfər sağalıb, bununla sağalanların sayı 2 milyon 412 min 505-ə çatıb.

Ağır xəstə sayı 1337-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR