x
Loading...

"Xankəndiyə getmək üçün Bakıdan icazə alın" - Paşinyandan səfirə

Rus sülhməramlıları fransız jurnalistlərin Azərbaycan akkreditasiyasını göstərmələrini tələb edərək Xankəndiyə girməsinə icazə verməyiblər.

Metbuat.az Minval.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim, elm adamları Qarabağa getmək və baş verənləri öz gözləri ilə görmək üçün Ermənistana gəldilər. İrəvanda rəsmi olaraq akkreditə olundular və Xankəndiyə doğru yola düşdülər. Laçında onları rus sülhməramlıları dayandırdı və soruşdular: "Hara gedirsiniz?"

"Jurnalistlər Qarabağa getdiklərini və akkreditasiyalarını göstərdikdə, sülhməramlılar onları buraxmayıblar. Jurnalistlərə deyilib ki, Ermənistanda alınan akkreditasiya etibarsızdır və onunla Azərbaycana giriş qadağandır. Sülhməramlılar jurnalistlərə deyib: "Girmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin".

Nümayəndə heyəti İrəvana - Fransa səfirliyinə qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə qurur və nələrin baş verdiyini soruşur. Və Nikol ona cavab verir ki, bəli, 11 yanvarda beynəlxalq medianın Qarabağa getmək üçün Azərbaycandan akkreditasiya alması barədə razılığa gəldik və ümumiyyətlə, bütün bu məsələlərə qarışmamaları daha yaxşıdır. Conatan Lakotun susmaqdan başqa çarəsi yox idi", - Minasyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR