x
Loading...

Ölkə kubokunda ikinci yarımfinalçı müəyyənləşdi

.

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Metbuat.az xəbər verir ki, bu gün “Səbail” komandası öz meydanında “Sumqayıt” klubunu qəbul edib. “ASCO Arena”da baş tutan görüşdə Sumqayıt təmsilçisi meydan sahiblərini 1:2 hesabı ilə məğlub edib.

Günün digər oyununda “Qarabağ” klubu səfərdə “Qəbələ”nin qonağı olub. Ağdam təmsilçiləri 3:0 hesabı ilə qalib gələrək yarım finalmərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. “Kəpəz” klubu “Keşlə”ni, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR