Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

Metbuat.az Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 112 nəfər pandemiyanın qurbanı olub, bununla ölənlərin sayı 26 min 797-yə yüksəlib.

129 min 715 "COVID-19" testi aparılıb, onun 6 min 670-i müsbət çıxıb. İndiyədək aparılan ümumi test sayı 30 milyon 616 min 406 təşkil edib.

Ümumi yoluxma sayı 2 milyon 531 min 456-dır. Bu gün 8 min 201 nəfər sağalıb, bununla sağalanların sayı 2 milyon 531 min 456-ya çatıb.

Ağır xəstə sayı 1317-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR