Britaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə britaniyalı nazir “Tvitter” hesabında yazıb.

Xanım Morton Bakıya ilk dəfə səfər etdiyini bildirib: “Salam Bakı, Azərbaycan! Qadın hüquqlarını inkişaf etdirmək, biznesdə və siyasətdə daha çox imkanlara sahib olmaları, şiddətdən müdafiələrini təmin etmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyəm".

Qeyd edək ki, Azərbaycana ilk səfərində nazir Vendi Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşlər keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR