x
Loading...
.

Vətən müharibəsi zamanı tarix yazanlarla görüş keçirilib - FOTOLAR

.

Göyçay şəhərində gənclər Vətən müharibəsi zamanı tarix yazan igidlərimizlə görüşüblər.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə İkinci Qarabağ döyüşlərinin iştirakçıları Tural Qaçayev və Hafiz Musayevlə görüş keçirilib. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə onlar keçirilən görüş zamanı çıxış edərək gənclərə keçdikləri şərəfli döyüş yolundan və xatirələrindən bəhs ediblər. Qeyd olunub ki, cəmi 44 gün ərzində davam edən müharibədə Azərbaycan Ordusunun gücü və qüdrəti bütün dünyaya göstərildi. Döyüşçülərimiz sözlərində bildiriblər ki, rəşadətli Azərbaycan Ordusunun tarixi qələbə qazanmasında onların da payının olması çox sevindiricidir.

Xatırladaq ki, hərbçilərimiz döyüşlərdə göstərdikləri böyük şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunublar.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR