“İnfiniti” aşıb - Ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, fevralın 9-da saat 1 radələrində rayonun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR