Vaqif Mustafayevdən sonra "Space"də bu teleserialın yayımı dayandırıldı

"Space" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" (“Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb.

Metbuat.az "report"a istinadən xəbər verir ki, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.

Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.

Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.

2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Space" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR