Gerye rəsmən Kipr klubunda -

"Qarabağ"ın yolları ayırdığı Donald Geryenin Kiprin "Apollon" klubuna keçidi rəsmiləşib.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.

Qeyd edək ki, Gerye yeni klubunda 96 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, "Qarabağ" ötən ilin yayından komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini yanvarın 31-i açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR