x
Loading...
.

"Maraqlanın görün pandemiyada millət necə dolanır" - Niyam maşınını satır

.

Müğənni Niyam Salami karantin vaxtında işsiz qalmasından gileylənib.

Metbuat.az xəbər verir ki, sənətçi sosial şəbəkədə video yayımlayaraq, hər şeyin bahalaşmasından danışıb:

"Hamı həyət evi istəyirdi, amma indi mən evimi satmağa hazırlaşıram. Fikirləşirəm ki, həyət evini necə satım, binadan mənzil alım. Ağacları sulamalıyam, necə edəcəm? Girin sosial şəbəkədə dünyanı izləyin, görün nələr baş verir. Görün biz hansı səviyyədəyik.

Yayda mən o qədər ağacları sulayıram. İndi durub mənə irad tutacaqlar ki, niyə həyət evi alırsız ki, ağac sulayasız. Maşınımı da satıram. Bir köhnə "Range Rover" varım idi, deyirdilər, pulun yoxdu sürmə. Hər bu maşını sürən milyonçu olur?

Bu pandemiyada bir dəfə bizə qaz, su və ya nəyinsə pulunu keçdilər? Dedilər, bu millət necə dolanır? Restoranı açdılar, nə var? Gedib orada biz toy oxuyuruq? Hər şey sıfırlandı, toy olmayacaq. Hələ xəbərimiz yoxdur, fil qulağında yatmışıq. Ayılacağıq ki, dünyada hər şey dəyişib, bizə indi çatıb".(axşam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR