x
Loading...

“Türkiyə 2050-ci ilədək Azərbaycanı…” - SENSASİON İDDİA

.

Türkiyənin Yaxın Şərq, Aralıq dənizi və Orta Asiyada öz nüfuz dairəsini genişləndirməsi Qərbi hamıdan çox narahat etməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazıb.

Əvvəllər parçalanmış Türkiyə xəritəsi ilk gündəmə gələn “Stratfor”un qurucusu Corc Fridman bu dəfə başqa bir iddia ilə diqqət çəkib.

Fridmanın “Qarşıdakı 100 il” adlı kitabında Türkiyə ilə bağlı yeni xəritə dərc edib. O, xəritəsində Türkiyənin 2050-ci ilədək öz təsir dairəsinə saldığı ölkələrin adlarını qeyd edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qeyri-rəsmi mətbuat orqanı sayılan “Stratfor”a görə, Türkiyə 2050-ci ilədək bu ölkələri öz təsir dairəsinə daxil edəcək:

“Yunanıstan, Cənubi Kipr, Liviya, Misir, Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, TürkmənistanQazaxıstan”.(teleqraf)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR