x
Loading...

Teymur Rəcəbov bu dəfə heç-heçə etdi

.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir final yarışında Niderland təmsilçisi Aniş Giri ilə 4 partiyadan ibarət birinci matçda mübarizə aparıb.

Metbuat.az xəbər verir ki, ilk iki partiyada rəqibi ilə heç-heçə edən şahmatçımız üçüncü partiyada inamlı qələbə qazanıb. Sonuncu partiyada rəqibinə məğlub olması ilə hesab bərabərləşib.

Qeyd edək ki, dörddəbir final mərhələsi iki matçdan ibarətdir. Turnir fevralın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır ki, onun da 30 minini qalib alacaq.

Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR