x
Loading...
.

Mətanətin gəlini qızının işgəncəyə məruz qaldığını iddia edir - FOTO

.

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, övladının işgəncə gördüyünü əks etdirən fotoları paylaşıb.

"Mətanət İsgəndərli həmişə sevgidən, uşaqlara nəvazişdən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır. O şiddəti mənə də dəfələrlə göstərib. Son etdiyi işgəncəsindən sonra gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə, cavabı, bilirsiniz, nə olub? Əcəb edib!", - deyə Canan bildirib.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Xatırladaq ki, Canan boşandıqdan sonra qızının adını dəyişdirib. O, qızına qoyulan Mətanət adını Elayla əvəzləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR