x
Loading...

Qarabağda "ağıllı kənd"-ləri KİMLƏR idarə edəcək? - Ekspertlər İZAH ETDİ

.

Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışmışdı.

Dövlət başçısı həmin ərazilərin “smart city” və “smart village” layihələri əsasında bərpa edilməli olduğunu deyib və bununla bağlı yeni nazir Rəşad Nəbiyevə xüsusi tapşırıqlar vermişdi.

Xüsusən də bu müzakirələrdə işğaldan azad olunan ərazilərdə "yaşıl zona"nın yaradılması, "Ağıllı şəhər və kənd" infrastukturunun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur.

Bəs “smart city” və “smart village” nə deməkdir? Belə infrastrukturların qurulması nə vəd edir?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin prosesdə iştirakı nəzərdə tutulan layihədə yaxın zamanlarda çox ciddi işlər başlanacaq.


''Düşünürəm ki, aidiyyatı qurumlar, NRYTN, VXSİ Dövlət Agentliyi və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır.

Maraqlı tərəflərlə, xarici ekspertləti də dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə , "Ağıllı şəhər və kənd" infrastrukturu uzunmüddətli "Rəqəmsal Azərbaycan" konsepsiyasının bir tərkib hissəsi olmalıdır. Odur ki, adı çəkilən qurumlar ilk öncə "Rəqəmsal Azərbaycan" konsepsiyasını ortaya qoymalıdır.

Ölkənin bütün sahələrinin , dövlət və özəl sektorun, bütövlükdə cəmiyyətin rəqəmsal transformasiyası, ölkə üzə İT -arxitektura,eGov-un və regional eGov-un gələcək inkişafı bu sənəddə öz əksini tapmalıdır''.

Osman Gündüz qeyd etdi ki, yaxşı olardı ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı ayrıca yeni mərkəz - NRYTN və ya VXSİ Dövlət Agentliyinın mövcud strukturunda belə bir mərkəzin yaradılsın. Bu "yaşıl zona" və "Ağıllı şəhər və kənd" layihələri ilə bağlı əlaqələndirici qurumun formalaşdırılması yönündə doğru addım olardı.


''Uzun illər formalaşmış hüquqi normativ baza rəqəmsal transformasiyaya və eGov tələblərinə uyğunlaşdırılmalıdır. Bu sahədə uğur qazanan ölkələrin təcrübəsinə baxanda görmək olar ki, yüzlərlə qanun və qərarlara dəyişiklik və əlavələr edilməlidir.

İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd" layihəsinin icra olunacağı pilot ərazilər, "ağıllı" formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri və emal mərkəzləri müəyyən olunmalıdır''.

Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, “smart city” və “smart village” təcrübələrindən artıq dünyanın bir çox ölkələrində uğurla istifadə olunub.

''Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bütün infrastruktur məhv edilib. Təbii ki, erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizin bərpası uzun bir müddəti əhatə edəcəkdir. Bu olduqca çətin bir prosesdir.

O torpaqlarda elə bir şərait və infrastruktur qurulmalıdır ki, nəinki yerli əhali, həm də turistləri cəlb edə bilsin.

Biz bilirik ki, 29 ildən sonra Bakıdan və respublikanın digər şəhərlərindən həmin ərazilərə qayıdan məcburi köçkünlərin sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq.

İnsanların kənd yerlərində yaşamağa marağının artırılması və təsərrüfat fəaliyyəti ilə məşğul olub işğaldan azad edilmiş ərazilərdə əlverişli yaşam standartları qurmaq uğurlu bir seçimdir. Bu məqsədlə də “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması nəzərdə tutulur. Həmin ərazilərdə belə bir şəraitin qurulması, o torpaqlarda yaşamaq istəyən insanlar üçün də maraqlı olacaqdır''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR