x
Loading...

LDU “YAŞAT” a dəstək oldu

.

Lənkəran Dövlət Universiteti (LDU)Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 min manat vəsait köçürüb.

Metbuat.az-a bu barədə açıqlama verən LDU-nun mətbuat katibi Esmira İsmayılova bildirdi ki, LDU kollektivinin fonda yardım etmək təşəbbüsü universitetin Elmi şurası tərəfindən tam dəstəklənib.

''Elmi şurada çıxış edənlər Lənkəran Dövlət Universiteti əməkdaşlarının sosial yönümlübelə xeyriyyə aksiyalarında daim öncül sırada iştirakını müsbət dəyərləndiriblər və gələcəkdə də bu istiqamətin davam etdirilməsini vacibliyini xüsusi vurğulayıblar''.

Qeyd edək ki,“YAŞAT”Fondunun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR